“Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən nəşr olunacaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report” informasiya agentliyinin sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub:

“Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya Lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub. Bu, elm və nəşriyyatın planına salınıb. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və başqa məsələlərlə bağlı uyğun tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu, ya da başqa nöqsanlar varsa, hamısı aradan qaldırılacaq”.

Onu da bildirək ki, Azərbaycan dilinin son Orfoqrafiya Lüğətinə “hörümçək” sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin toplantısında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və başqa məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.

Yada salaq ki, “Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti” 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.

KİMSəid Qərib
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərLavrov: Delimitasiya və demarkasiya prosesində Bakı və İrəvana yardım üçün hazırıq
Sonrakı xəbərRusiya Belarusa iki divizion “S-400” zenit-raket kompleksi göndərdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın