İranlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib.

YALAN.info bildirir ki, bununla bağlı İranın yerli mətbuatı xəbər verib.

Kinematoqrafçı daha iki rejissorun həbsi ilə bağlı etiraz aksiyasında iştirak etdiyinə görə tutulub. O, Məhəmməd Rəsulof və Mustafa Əliəhmədin azadlığa buraxılmasını tələb edib.

Rəsulof və Əliəhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Onu da bildirək ki, Cəfər Pənahi 2010-cu ilin martında hökumətə qarşı çalışdığı və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarına qoşulduğuna görə həbs edilib və 6 il müddətinə ev dustaqlığına məhkum edilib. Ona 20 il film çəkmək və müsahibə vermək qadağan edilib.

Pənahi ev şəraitində Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib. Ev dustaqlığından azad edildikdən sonra rejissor pasportu hakimiyyət orqanlarının əlində olduğu üçün ölkə xaricinə çıxa bilmir. 2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalının “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Pressa Federasiyasının (FİPRESSİ) mükafatını alıb.

Öncəki xəbərLiz Trass Baş nazir seçilərsə Rusiyanın uduzmasını təmin edəcəyinə söz verdi
Sonrakı xəbərRusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın