Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass (Elizabeth Truss) Baş nazir postuna seçki kampaniyasına başlayıb.

YALAN.info bildirir ki, Elizabet Trass “The Telegraph” dərgisində köşə yazısı yazaraq kampaniyaya start verib.

Xanım nazir öz öz keşə yazısında qalib gələcəyi halda Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Kremlin uduzmasını təmin edəcəyinə söz verib. “Mən lider ola, nəticələr əldə edə bilərəm. Çünki qərar qəbul edə bilirəm. Hara getməli olduğumuza və oraya çatmaq üçün təcrübə və qətiyyətə dair aydın təsəvvürüm var. Mən Putinin Ukraynadakı müharibədə uduzmasını təmin etmək üçün seçkilərə qatılacağam, – o bildirib.

Bundan başqa, o vergiləri azaldacağına da söz verib. L.Trass Britaniya hökumətində müxtəlif vəzifələrdə qazandığı uğurları da yada salıb. O, özəlliklə XİN başçısı kimi Rusiyaya qarşı beynəlxalq reaksiyaya rəhbərlik etdiyini, ciddi sanksiyaların qəbul edilməsindəki xidmətini vurğulayıb.

Yada salaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni baş nazir seçilənədək bu postu müvəqqəti yerinə yetirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın