Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İran İslam Respublikasından ölkəyə gətirilən qida məhsullarına nəzarət tədbirləri çərçivəsində minlərlə kiloqram kartof məhsulunu geri qaytarıb.  

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AQTA məlumat yayıb.

Agentliyin müfəttişləri tərəfindən fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən toplam çəkisi 23,7 ton və hüquqi şəxs “ZE-DENT” MMC tərəfindən idxal edilən toplam çəkisi 40,45 ton ərzaqlıq kartof məhsulu partiyalarına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun uyğun laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” – kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toplam çəkisi 64,15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması ilə bağlı qərar qəbul edilib.

AQTA-dan verilən məlumata görə, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi yönündə ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində uyğun tədbirlər görüləcək.

MƏNBƏAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Öncəki xəbər44 günlük Vətən Müharibəsində yaşananlardan danışan “Fulya” filmi göstərilməyə başlandı
Sonrakı xəbərFreddi Krüger hələ də britaniyalıları qorxu altında saxlayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın