Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində, “Bakavtamat” zavodunun arxa tərəfində yaşayan sakinlər tərəfindən yollarının bərbad və antisanitar vəziyyətdə olması, eyni zamanda su çatışmazlığı problemi ilə bağlı şikayət daxil olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report informasiya agentliyinin əməkdaşları sözügedən ünvana yollanıb, sakinlərin şikayətlərini dinləyiblər.

“15 ildən çoxdur yolların vəziyyəti belədir. Asfalt örtüyü olmadığından yağış yağan kimi yollar keçilməz olur. Bununla yanaşı, ərazidə mərkəzləşmiş su xətti də yoxdur. İçməli suyu kənardan pulla almaq məcburiyyətində qalırıq”, – deyə sakinlər bildiriblər.

Onlar məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, nəticəsiz qaldığını vurğulayıblar.

“Report”un əməkdaşı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, ancaq zənglər cavabsız qalıb.

Binə sakinləri: “Yollarımız keçilməzdir, içməli suyu pulla alırıq”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın