Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Oktyabrın 5-i saat 12-yə olan son məlumata əsasən, mülki əhali arasında 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəisi Günay Səlimzadə oktyabrın 5-də keçirilən brifinqdə deyib.

Günay Səlimzadə bildirib ki, 121 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 30-u qadın, 7-si isə uşaqdır.

Öncəki xəbərTural Gəncəliyev: Ermənistanın Mingəçevirə raket atması bölgənin ən böyük terror aktıdır
Sonrakı xəbərOmbudsman Mingəçevirin atəşə tutulması ilə bağlı bəyanat yayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın