Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində – Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub.

Report informasiya agentliyinin mediaturda iştirak edən əməkdaşı xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır.

Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, gün ərzində təxminən 50-ə yaxın yük avtomobili sərhəddən buraxılır.

İranlı sürücülər jurnalistlərlə söhbətində mövcud durumdan razı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, nəzərdə tutulan dövlət rüsumu ödənildikdən sonra rahat şəkildə yollarına davam edirlər.

Ərazidə həmçinin DSX-nin təlim keçən itlərindən də istifadə olunur.

Yenidən qurulandan və keçid üçün dövlət rüsumu tətbiq ediləndən (noyabrın 10-dan) sonra Ermənistan vətəndaşları olan sürücülər məntəqəyə yaxınlaşmayıblar. Çünki belə olacağı təqdirdə onların xarici pasportlarına Azərbaycan möhürü vurulmalıdır.

Mediatur çərçivəsində həm də Zəngilan rayonunun Qazançı kəndindəki nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib. Qeyd olunub ki, əgər Ermənistan vətəndaşları həmin məntəqədən keçmək istəməsələr alternativ yolla getmək istədikləri ünvana 3 saat əlavə vaxt itirməklə gedə biləcəklər.

Xatırladaq ki, hər iki nəzarət-buraxılış məntəqəsindən hələlik Ermənistan vətəndaşları istifadə etməyib.

Öncəki xəbərABŞ-ın “Demokratiya zirvəsi”nin əsl mahiyyəti: Əmri eşit və yerinə yetir!
Sonrakı xəbərNazir ermənilərin Şuşadan oğurladıqları xalçaların sərgisini keçirməsinə münasibət bildirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın