“Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass deyib.

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şurada çıxış edən nazir, hansı tədbirlərin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib. “Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, – nazir deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.

Qeyd edək ki, G7 ölkələri həmçinin Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək. İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın