Azərbaycan Ombudsmanı Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.
Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılib.
Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının durumu ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələri ilə bağlı hesabat hazırlanaraq, beynəlxalq və regional qurumlara göndəriləcək.