UEFA Avropa Liqasının qrup mərhələsində E qrupunun V tur oyunları keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” öz meydanında Fransa “Marsel”ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə sona çatıb – 4:2.

Hesabı 12-ci dəqiqədə “sarı-qırmızılar”ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. 30-cu dəqiqədə “Marsel”in futbolçusu Due Çaleta-Tsar topu öz qapısına vurub. 64-cü dəqiqədə Sofyan Fequli fərqi 3 topa çatdırıb. 

68-ci dəqiqədə “Marsel” penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel “Qalatasaray”ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Milik qoyub. 

E qrupunun digər qarşılaşmasında İtaliya “Latsio”su Rusiyada “Lokomotiv”i darmadağın edib – 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.  

UEFA Avropa Liqası: E qrupu

OyunQHMVTBTTFXal
Qalatasaray532073411
Latsio52217348
Marsel504157-24
Lokomotiv Moskva502328-62
Galatasaray vs. Marseille: Extended Highlights | UEL Group Stage MD5 | CBS Sports Golazo

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın