Fransada Azərbaycan yazıçısı Nəriman Nərimanovun “Bahadır və Sona” kitabının tanıtımı olacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, fransız dilində çap olunmuş kitabın tanıtımı 19 aprel tarixində Strasburq şəhərində keçiriləcək.

Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”da yazıçı millətlər arasında yoldaşlıq və həmrəyliyin önəmliliyini göstərir. Romanda xalqlar arasında çaxnaşmaların nəticəsində ən səmimi və ən müqəddəs sevgi necə yox edildiyi göstərilir.

Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində çap olunub. “Kəpəz” nəşriyyat evinin Azərbaycan yazıçılarının əsərlərini fransız dilində nəşr etməkdə əsas məqsədi zəngin ədəbiyyatımızı fransalı oxuculara daha yaxından tanıtmaqdır.

Romanı fransız dilinə Elvin Abbasbəyli çevirib.

Öncəki xəbərABŞ, Britaniya və Fransanın Suriyaya Raket Zərbəsi: 3-cü Dünya Müharibəsi Başlayırmı?
Sonrakı xəbərEmmanuel Makron: Trampı İnandırdıq, Türkləri Ruslardan Ayırdıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın