“Euronews” Şuşa şəhərində keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı reportaj hazırlayıb.

YALAN.info bildirir ki, reportaj telekanalın saytında və kanalın “No Comment” layihəsinin sosial şəbəkə hesablarında yayımlanıb.

Video-materialda festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivlərinin, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirak etdiyi vurğulanıb.

Qarabağ bölgəsinin “rəsmi çiçəyi” kimi tanınan “Xaribülbül”ün (Ophrys caucasica) çiçəkləmə dövründə, yəni may ayında keçirildiyi bildirilib.

Yada salaq ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Azerbaijan: Shusha welcomes the 5th International Folklore Festival
MƏNBƏEuronews
Öncəki xəbərAzərbaycan Ordusunun PUA bölmələri təlim-məşq uçuşları yerinə yetirib
Sonrakı xəbərİsrailli jurnalist: Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi çiçəklənəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın