Azərbaycanın milli yayım şirkəti “İctimai TV” Tural & Tural qardaşlarının Liverpulda keçiriləcək 2023 Avroviziya Mahnı Yarışmasında Azərbaycanı təmsil edəcəklərini elan edib.

YALAN.info bildirir ki, Zaqatalada yaşayan Tural & Turan Bağdanovlar Eurovison Song Contest 2023 (ESC2023) yarışmasında öz bəstələri olan “Tell me more” adlı mahnı ilə çıxış edəcəklər.

Azərbaycan Eurovision Song Contest Mahnı Yarışmasında

Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində debüt edib. Ölkəmiz 2008-ci ildə debütündən sonra ardıcıl olaraq Avropanın sevimli televiziya şousunda 14 dəfə iştirak edir.

Azərbaycan bir dəfə, 2012-ci ildə Eldar & Nikki-nin “Running scared” mahnısı ilə yarışmanın qalibi olub. Növbəti il ölkə ilk dəfə olaraq “Eurovision Song Contest” mahnı yarışmasını möhtəşəm paytaxtı Bakıda qarşıladı.

Yada salaq ki, 2022-ci ildəki ən sonuncu yarışmada Turində keçirilən ESC-də Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə Odlar Yurdunu təmsil edib. İsveçdən olan bəstəkarlar komandasının mahnısını oxuyan Nadir finalda 16-cı yeri tutub.

Nadir Rustamli – Fade To Black – LIVE – Azerbaijan 🇦🇿 – Grand Final – Eurovision 2022
Öncəki xəbərMN xəbərdarlıq etdi: Qarabağa silah-sürsat daşınması dərhal dayandırılmalıdır
Sonrakı xəbərTofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabli ilə döyüşəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın