Füzuli rayonunda aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmiş, ancaq bu günə qədər itkin düşmüş sayılan daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, onun kimliyi məhkəmə-tibb ekspertizasının rəyindən sonra bilinəcək.

Ermənistan mətbuatının məlumatına görə, bununla da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində qalıqları tapılan, əvvəllər itkin düşmüş hesab edilən erməni hərbçilərin sayı 1 698 nəfərə çatıb. Onların hamısı Ermənistana təxliyə edilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu günə kimi 44 günlük Qarabağ müharibəsindəki itkilərinin dəqiq sayını açıqlamayıb.

Öncəki xəbərABŞ Dəniz Piyadaları Korpusu kütləvi şəkildə vaksinasiyaya qarşı çıxıblar
Sonrakı xəbərJoze Mourinyo: Şevçenko oyundan qabaq mənə qırmızı şərab hədiyyə etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın