“Roma”nın baş məşqçisi Joze Mourinyo Andrey Şevçenkonun “Cenoa”nın baş məşqçisi kimi debütünü şərh edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Cenoa” İtaliya A seriyasının 13-cü turunda evdə “Roma”ya 0:2 hesabı ilə uduzub.

“Qarşılaşma başlamazdan qabaq Şevçenko mənə bir şüşə qırmızı şərab verdi. Bu, İngiltərə futbolunda adətən ev sahibi olan komandanın məşqçisi tərəfindən verilən ənənəvi hədiyyədir. Özümün və komandamın qələbəsinə sevinirəm, ancaq ona (Şevçenkonu nəzərdə tutur – red.) görə məyus oldum.

Ancaq bir gün vəziyyət dəyişəcək, nə zamansa o, öz qələbəsinə sevinəcək, mənim uduzmağıma isə üzüləcək. Ən yaxşı məqam odur ki, Şevçenko futbolun və məşqçi işinin vurğunudur. Bu sahədə uğur qazanmaq üçün öz işinin dəlisi olmaq lazımdır”, – deyə portuqaliyalı futbol mütəxəssisi vurğulayıb.

Romanın qəhrəmanı isə Feliks Afena-Qyan oldu. 18 yaşlı qanalı hücumçu 74-cü dəqiqədə yeni başlayan Eldor Şomurodovu əvəzləyərək oyunun son on dəqiqəsində dubl edib. Afena-Qyan beləliklə, beş liqada bir oyunda iki qol vuran ən gənc oyunçu oldu. Roma üçün üç xal qazandıran Afena-Qyan həm də İtaliyanın bir nömrəli liqasında qol vuran ilk 2003-cü il doğumlu oyunçudur.

İndi “Cenoa”nı 2:0 hesabı ilə geridə qoyan “Roma” 22 xalla 5-ci yerə yüksəlib. Komanda özündən yuxarıdakı Atalantadan 3 xal geri qalır. Bu arada “Cenoa” təhlükəsizlik qrupundan 2 xal geri qalaraq 9 xalla 18-ci yerdədir. Gələn turda “Roma” ev oyununda “Torino” ilə qarşılaşacaq və “Cenoa” komandası isə indi 15-ci yerdə olan “Udineze”nin qonağı olmalılıdır.

Genoa 0-2 Roma | Wonderkid Afenaa-Gyan wins it for Roma! | Serie A 2021/22

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın