“Türkiyə hökuməti təmir proqramı çərçivəsində beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır”.

YALAN.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə “Yol xəritəsi”nin təqdimatında deyib.

Prezidentin sözlərinə görə, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək: “İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən altı milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir”.

Yada salaq ki, seysmoloqlar İstanbul ərazisində yeddi və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın