Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün boyunca koronavirusa (COVID-19) 3 395 785 yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstəricidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ÜST-nin məlumatına görə, dünyada ilk dəfədir 24 saat boyunca yoluxanların sayı 3 milyonu keçib.

Bundan öncəki antirekord bu il yanvarın 6-da qeydə alınmışdı. Həmin vaxt 24 saat boyunca 2 618 130 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası yalnız yoluxanlar və ölənlərla bağlı dövlətlərin təqdim etdiyi rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.

Son bir gün boyunca dünyada 7 735 nəfər pandemiyanın qurbanı olub. Toplam 5 501 000 nəfər koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib.

ÜST-yə daxil olan məlumatlara görə, ən çox təsdiqlənmiş yoluxma halı – 61 332 277 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (36 070 510), Braziliya (22 558 695) və Böyük Britaniya (14 732 598) yer alırlar.

Ən çox ölüm halları – 833 519 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (620 091), üçüncü yerdə isə Hindistan (484 655) qərarlaşıb. Daha sonra Rusiya (318 432) və Meksika (300 573) yer alırlar.

MƏNBƏÜmumdünya Səhiyyə Təşkilatı
Öncəki xəbərFransanı çalxalayan gizli telefon danışığı: Ərin indi kişi sevgilisinin yanındadır
Sonrakı xəbərKim Kardaşyanın kriptovalyuta fırıldağı: Erməni model izləyicilərini aldadıb pul qazanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın