Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev özünü binadan atıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanvarın 22-də DSX-nin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji durumunda olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda tikilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib. Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın