ABŞ-ın aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması ilə bağlı xəbərlərini şərh edən prezident Donald Tramp bildirib ki, onun rəqibinin seçkilərdə qələbəsi rəsmən heç bir ştatda təsdiq edilməyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Report” informasiya agentliyi xarici mətbuata istinadən xəbər verir.

Tramp yada salıb ki, Baydenin qələbəsi sərt mübarizənin getdiyi yerlər də daxil olmaqla, rəsmi olaraq heç bir ştatda təsdiqlənməyib. O, həmçinin iddia edib ki, Bayden fırıldaqçı səslər də daxil olmaqla, bütün səsləri hesablamaq niyyətindədir.

“Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir”, – Tramp bildirib.
O, Baydenin qərargahının qanuni səslərin sayılmasının baza prinsipi ilə razılaşdırılmasından imtina etməsindən “şoka düşdüyünü” söyləyib. “Amerika xalqının layiq olduğu və tələb etdiyi qanuni səslərin hesablanmasını almayınca dayanmayacam”, – Tramp əlavə edib.

Öncəki xəbərCNN proqnoz verdi: Co Bayden ABŞ-da prezident seçkilərini qazandı
Sonrakı xəbərƏməkdar artist Sevinc Sarıyeva: Atam deyirdi ki, ermənilərdən bizə düşmən olmaz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın