İsveçrənin “Blick” qəzetinin məlumatına görə, FIFA prezidenti Canni İnfantino (Gianni Infantino) oktyabr ayından Dohada yaşayır.

Hələ mart ayında qurum liderinin Qətərə köçəcəyi ilə bağlı bütün şayiələri təkzib etmişdi. Ancaq indi FIFA doğurdan da İnfantinonun orada özü və ailəsi üçün kirayə ev tutduğunu təsdiqləyib.

Dərginin məlumatına görə, qurum rəhbəri FIFA-nın Sürixdəki əsas ofisində nadir hallarda görünür və bu, əməkdaşlar arasında çox iciddi narazılıqlar yaradır.

FIFA-nın məlumatına görə, onun prezidentinin Qətərdə yaşaması DÇ-2022-nin təşkilatı məsələlərini tez həll etmək zərurəti ilə bağlıdır. Ancaq qurumdakı korrupsiya qalmaqalları fonunda bu iddia da sual altındadır.

Həmçinin, məlumata görə, İnfantinonun dörd qızından ikisi Dohada məktəbdə oxuyur və o, özü də çox vaxt Qətərin hakim ailəsinin üzvləri ilə birlikdə vaxt keçirir. Şaiyələrə görə, İnfantinonun Qətər əmiri və onun dostları ilə isti münasibətləri var.

Ona da yada salaq ki, 2022-ci il Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Bununla ilk dəfə dünya çempionatının final mərhələsi qış aylarında keçirilmiş olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın