Harvard Universitetinin psixoloqu, professor Cerom Kaqanın (Jerome Kagan) rəsmi çıxışı elm dünyasını silkələyib. O bildirib ki, Diqqət Çatışmazlığı və Hiperkativlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu yalan farmasevtlərin pul tələsidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kaqan dünyanın ən tanınmış psixoloqlarından biridir. Həmkarları onu yüzilliyin ən peşəkar mütəxəssisi adlandırırlar. Odur ki, Kaqanın bu düşüncələrinə gözüqapalı inana bilərik.

Professor Cerom Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromunun cəfəngiyyat olduğunu bildirir və hesab edir ki, bu tibbin növbəti yalanıdır:

“Pediatrlar problemli uşaqları müayinə edər-etməz DÇHS diaqnozu qoyub, Ritalin dərmanı yazırlar. Əslində isə dünya statistikası üzrə bu uşaqların 90%-i, yəni 5,4 milyonu anomal dopinamin metabolizmindən əziyyət çəkmir. Sadəcə bu uşaqlara yazılan dərman bütün həkimlər üçün əlçatandır”.
Kaqanın fikrincə, DÇHS müalicə etmək məqsədilə istifadə olunan dərmanların farmasevtlərdən başqa heç kimə faydası yoxdur. Özəlliklə də uşaqlara. Sadəcə bu vasitələrdən həkimlərin özü və əczaçılar yetərində pul qazanırlar. Odur ki, dünya farmasevtika nəhəngləri bu sindromun müalicəsilə məşğul olan psixoloq və psixoterapevtləri maliyyələşdirirlər.

Kaqan Hiperaktivlik sindromu diaqnozu altında gizlənən bu durumun iç üzünü belə açır: “12-19 yaşlı yeniyetmələr arasında depressiv hallar və rahatsızlıq tez-tez müşahidə olunur. Lakin bu durum yalnız 8% uşaqlarda ciddi xarakter daşıyır. Onların hamısına psixi xəstə diaqnozu qoymaq ən azı savadsızlıqdır”.

Psixoloq həmçinin vurğulayır ki, bu diaqnoz dərslərə maraq göstərməyən uşaqlara da qoyula bilir: “Lakin bir sıra hallarda dərslərini çox yaxşı oxuyan azyaşlılarda da hiperaktivlik simptomu müşahidə edilir. Odur ki, uşaqların beynini narkotik vasitələrlə yatırmaq əvəzinə onları düzgün və vicdanlı müayinə edin”.

Öncəki xəbərAktyor, Xalq Artisti Rasim Balayev: Yaxşı Film Verin Çəkilim, Sağalım
Sonrakı xəbərForbes Jurnalı 2017-nin Ən Çox Qazanan Müğənniləri Açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın