Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycana narkorik vasitələr və psixotrop maddələr keçirmək istəyən 2 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılıb.

YALAN.info bildirir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən “Report”a məlumat verilib.

Dekabrın 9-u gecə saat 22 radələrində birgə əməliyyat tədbirləri nəticəsində saxlanılanlar İranın Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu olub. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla əlaqədar uyğun araşdırmalar aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın