Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycana narkorik vasitələr və psixotrop maddələr keçirmək istəyən 2 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılıb.

YALAN.info bildirir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən “Report”a məlumat verilib.

Dekabrın 9-u gecə saat 22 radələrində birgə əməliyyat tədbirləri nəticəsində saxlanılanlar İranın Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu olub. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla əlaqədar uyğun araşdırmalar aparılır.

KİMSəid Qərib
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərRusiya İrana silah qarşılığında görünməmiş hərbi yardım göstərir
Sonrakı xəbər“İşgüzar Xanımlar” layihəsi Honey Cake Pastry School-da Gülnar Rəsulova ilə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın