Hollivud ulduzları Conni Depplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı məhkəmə çəkişməsində son qərar elan olunub.

YALAN.info bildirir ki, Andçılar heyəti Deppə böhtan atdığına görə Hördün təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Qərara uyğun olaraq, keçmiş həyat yoldaşı aktyora böhtan atdığına görə 15 milyon dollar təzminat ödəməlidir. Bununla yanaşı, andçılar Deppin Hörd haqqında verdiyi ifadələrdən birini də böhtan kimi dəyərləndirib və aktyorun keçmiş xanımına iki milyon dollar məbləğində təzminat ödəməsinə hökm veriblər.

Bildirək ki, Conni Depp və Amber Hördün boşanma prosesi bütün dünyada izlənilirdi. Səs-küylü bəyanatlar, təhqirlər, zorakılıq ittihamları və iyrənc çirkin hiylələr – bu hekayə məhz belə yadda qaldı. Belə ki, altı il əvvəl Amber medianın köməyi ilə Deppə qarşı ciddi zorakılıq iddiaları irəli sürdü. Bütün bu illər boyunca aktyor keçmiş həyat yoldaşına fiziki xəsarət yetirmədiyini sübut etməyə çalışsa da, yalnız uzun illərdən sonra uğur qazana bilib.

Yada salaq ki, ulduz cütlük 2015-ci ilin fevralında ailə qurub. 15 aylıq evlilikdən sonra Amber Hörd ərini sistematik məişət zorakılığında ittiham edərək boşanmaq üçün ərizə verib. Depp isə məhkəmə vasitəsilə bütün ittihamlarının böhtan olduğunu sübut etməyə çalışıb. 2020-ci ilin noyabr ayının əvvəlində o, London Məhkəməsində ilk işini uduzdu. “O, özünə xəsarətlər yetirib və üzündə qançırlarla məhkəməyə çıxaraq mənim onu mobil telefonla döydüyümü iddia etdi”, – Depp deyib.

Bundan sonra Warner Bros. aktyordan “Fantastik Canavarlar” franşizasında qaranlıq sehrbaz rolundan imtina etməsini istədi. Aktyor studiyanın xahişi ilə razılaşıb və studiyanın qərarına hörmətlə yanaşdığını bildirib. Hörd daha sonra rol aldığı bir çox aktrisa ilə onu aldatdığını bildirib. Hətta sənətçilərin səs-küylü boşanması ilə bağlı sənədli film də çəkilib. İki hissəyə bölünən layihənin hər birində vəziyyət ayrı-ayrılıqda Hörd və Depp tərəfdən göstəriləcəkdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın