Almaniya XİN başçısı Annalena Berbok (Annalena Baerbock) Rusiyanın başlatdığı müharibədə Ukraynanın qalib gəlməsini arzuladığını açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Almaniya Federativ Respublikasının ZDF telekanalının efirində deyib.

Berbok Kansler Olaf Şoltsun Rusiyanın müharibədə qalib gəlməməsi ilə bağlı daha ehtiyatlı formalaşdırılmış düşüncələri ilə bağlı verilən suala cavabında kanslerin dediklərini təsdiqləyib. “Doğrudur, mən də kanslerin dediklərini deyirəm”, – deyə o vurğulayıb.

“Əlbəttə, Rusiya bu müharibədə qalib gəlməməlidir, strateji cəhətdən uduzmalıdır. Rusiya beynəlxalq hüququ pozur. Onlar Ukraynada sülhü pozmaq istəyirlər. Ona görə də Ukrayna heç bir halda uduzmamalıdır – bu o deməkdir ki, Ukrayna qalib gəlməlidir”, – deyə XİN rəhbəri qeyd edib.

Bundan başqa, “Süddeutsche Zeitung” nəşrinin məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya göstərilən dəstəyi Rusiya Prezidenti Vladimir Putinin yeni hərbi strategiyasına uyğunlaşdırmağa çağırıb.

“Putin güman edirdi ki, o, Ukraynanı tez zamanda və vəhşicəsinə işğal edib, sonra ölkəni darmadağın edə bilər. İndi o (Putin – Red.) görür ki, bu, işə yaramır. Onun strategiyası isə artıq uzunmüddətlidir. Bu isə o deməkdir ki, biz də Ukraynanı elə şəkildə dəstəkləməliyik ki, bu dəstək davamlı olsun”, – deyə XİN rəhbəri vurğulayıb. Onun sözlərinə görə, bu, silah təchizatına da aiddir.

“İndi biz doğurdan da bu yeni strategiya üçün – Ukraynanın özünümüdafiəsinin davamlı olması üçün hər şeyi təmin etmişikmi – bunu yoxlamaq gərəkdir”, – deyə nazir əlavə edib. XİN rəhbəri Rusiyanın qismən uğur qazandıqdan sonra müəyyən müddətlik oynadığı ssenari ilə bağlı da xəbərdarlıq edib:

“Başa düşürəm, bəziləri düşünürlər ki, Putin öz payını aldığı üçün silahlar susub və bununla da hər şey bitib, yenə də hər şey qaydasındadır. Ancaq sonra yenidən hər şey pisləşəcək. Çünki zorakılığın olmaması heç də sülh və azadlığa gətirib çıxarmır. Rusiya ordusu yenidən qruplaşır və onun hədəfi Ukraynanı tamamilə ələ keçirməkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın