ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hadisələrin inkişafının hansı dönüş nöqtəsində olduğunu söyləmək hələ tezdir, ancaq o, birmənalı olaraq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu önəmli irəliləyiş hesab edir.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ lideri Delaver ştatına səfəri zamanı deyib.

“Ukraynadakı müharibədə indiki anı dönüş nöqtəsi hesab edirsinizmi?” sualına ABŞ lideri: “İndi bu sualın cavabı yoxdur. Demək çətindir”, – deyə cavab verib. Onun sözlərinə görə, ukraynalılar çox irəliləyiş əldə ediblər. “Ancaq düşünürəm ki, bu, uzun bir yol olacaq”, – ABŞ prezidenti əlavə edib.

Eyni zamanda, Ağ Evdən bildiriblər ki, ABŞ Ukrayna tərəfi ilə daim birbaşa təmasdadır və yeni müdafiə yardımı paketi hazırlanır.

Yada salaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Ukrayna Silahlı Qüvvələrinin səkkiz min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdiyini bildirmişdi.

Öncəki xəbərUkrayna Prezidenti Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib
Sonrakı xəbərMariya Zaxarova: Bakı və İrəvanın atəşkəs anlaşmasına əməl edəcəyini gözləyirik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın