Böyük Britaniya daha səkkiz Rusiyalını sanksiyalar siyahısına əlavə edib.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Kamaz”ın baş direktoru Sergey Koqoqin, “Alrosa”nın prezidenti Sergey İvanov və başqa iri müəssisələrin rəhbərlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bundan əlavə, sanksiyalar çərçivəsində “Sberbank” və Moskva Kredit Bankının aktivləri tamamilə dondurulacaq.

Böyük Britaniya, həmçinin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşunu, neft emalı avadanlığının bu ölkəyə ixracını, dəmir və poladdan hazırlanmış Rusiya mallarının idxalını qadağan edib.

Öncəki xəbərDünya Güləş Birliyi Avropa Çempionluğunu Rusiyadan alaraq Azərbaycana verdi
Sonrakı xəbərErmənistanda qırıcıların Rusiyaya verilməsini etiraf etməyə başlayıblar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın