Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

YALAN.info bildirir ki, tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

“Britaniya Kiyevə əlavə olaraq 120 zirehli texnika və gəmi əleyhinə komplekslər verəcək”, – Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib. Bundan başqa, Krallıq həm də Ukraynaya görə Beynəlxalq Valyuta Fondu qarşılığında öhdəlik də götürüb. Belə ki, bu öhdəlik vasitəsi ilə Ukrayna əlavə 500 milyon dollar kredit əldə edə bilər. 

“Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək”, – Consonun sözçüsü bildirib.

Görüşdən sonra Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə Kiyev küçələrində gəzintiyə çıxıb. Baş nazirin bu hərəkəti insanlar tərəfindən böyük maraqla qarşılanıb. Boris Conson həmçinin qarşısına çıxan paytaxt sakinləri ilə də görüşüb.

Boris Johnson tours Kyiv with Ukraine’s Volodymyr Zelenskyy

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın