ABŞ Tayvanın status-kvosunu qorumaq və özünümüdafiəsini gücləndirmək məqsədi ilə ona yardım göstərməyə davam edəcək.

YALAN.info bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken deyib.

“Biz açıq şəkildə bildirdik ki, Tayvanın özünümüdafiəsinə kömək etmək öhdəliyimiz davam edir və davam edəcək”, – deyə o, PBS telekanalına müsahibəsində aparıcının uyğun sualını cavablandırarkən bildirib.

Blinken onu da qeyd edib ki, Birləşmiş Ştatlar Vahid Çin siyasətinə sadiqdir. Eyni zamanda onun sözlərinə görə, Vaşinqton əmin olmalıdır ki, Tayvanın effektiv müdafiə və nəhayət, istənilən təcavüzün qarşısını almaq üçün vasitələri var.

“Son 10 il boyunca biz Çinin daxildə daha repressiv, xaricdə isə daha aqressiv olduğunu, o cümlədən Tayvana qarşı potensial təhlükəli və sabitliyi pozan hərəkətləri gördük”, – deyə Blinken bildirib.

Öncəki xəbərLaqumdziya: Qarabağdakı soyqırımılar, təcavüzlər beynəlxalq hüququn tapdanmasının simvoludur
Sonrakı xəbərUkrayna üçün təhlükəli plan: Rusiya ilə Qərb sövdələşməyə gedərək oyun qurur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın