Dünyanın ən populyar kriptovalyutası olan Bitkoin (BTC) bahalaşmağa davam edir. İndi Bitkoinin qiymətində yeni tarixi rekord qeydə alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün axşam saatlarında rəqəmsal pulun qiyməti 68 950 dollara yaxınlaşıb.

CoinDesk portalının məlumatına görə, ABŞ Əmək Departamentinin yayımladığı hesabatdan sonra Bitkoinin qiyməti təxminən 3000 dollar bahalaşıb. Hesabat görünür ki, Amerika Birləşmiş Ştatlarında yaşayış dəyəri oktyabr ayında bir il əvvəllə müqayisədə 6,2 % artıb. Bu da 1990-cı ildən sonra ən sürətli göstəricidir. Belə ki, qeyri-sabit qida və enerji komponentini çıxdıqdan sonra 4,6 % artan əsas inflyasiya 1991-ci ilin avqustundan bu yana son 31 ilin ən yüksək inflyasiya tempidir.

İndi Bitkoin orta hesabla gündə 2,7 % bahalaşır. Ekspertlərin proqnozlarına görə, bu ilin sonunadək kriptovalyuta 100 min dollaradək bahalaşa bilər.

MƏNBƏCoin Desk
Öncəki xəbərCeyhun Bayramov Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüşdü
Sonrakı xəbərƏrdoğan işğaldan azad edilmiş torpaqların bərpasına dəstəyin davam edəcəyini bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın