BanklessTimes.com saytının verdiyi məlumata görə 1 dollar dəyərində Bitcoinin mayninq olunması üçün sərf olunan enerji miqdarı 17 MJ (meqacoul) təşkil edir. Bununla yanaşı, həmin dəyərdə qiymətli metalın çıxarılması üçün sərf olunen enerji miqdarı isə 5 MJ-dir.

Bitcoin və başqa kriptovalyutalar elə qurulublar ki, onların şəbəkələrində istifadəçi sayının artımı tokenlərin qiymətlərinin artımına gətirib çıxarır. Nəticə etibarilə kriptovalyuta mayninqi üçün daha çox enerji lazım olur. Bu isə öz növbəsində CO2 qazının ifrazını yüksəldir. Son 2 ildə Bitcoin ilə qızıldan istifadə sayının artması müşahidə olunur. Bu isə ətraf mühitə mənfi təsir göstərən faktorlardan biridir.

Bitcoin mayninqi ilə qızılın çıxarılması üçün çoxlu miqdarda enerjinin istifadə edilməsinə baxmayaraq bu məsələdə Bitcoin qızılı geridə qoyur. Yəni onun mayninqi üçün daha çox enerji sərf edilir. Belə ki, Bitcoin-in özündən əlavə olaraq onun dövriyyəsinin reallaşdığı şəbəkə tranzaksiyaların baş tutması və öz funksionallığını dəstəkləməsi üçün də elektrik enerjisinə gərək var.

Bitcoin mayninqi ilə məşğul olanların və ondan istifadə edənlərin sayı ani olaraq artdıqdan sonra bu bahalı kriptovalyutanın karbon izi indi qızılın karbon izindən 15 dəfə böyükdür. Mütəxəssislər bildiriblər ki, kriptovalyuta mayninqi nəticəsində hal-hazırda CO2 qazının ifrazı 191 ton həcmində, 1 Bitcoin dəyərində olan qızılın çıxarılması nəticəsində CO2 qazının ifrazı isə 13 ton həcmində təşkil edir.

KİMEmil Noisy
MƏNBƏTechnote
Öncəki xəbərEA Sports Rusiya milli komandası və klublarını FIFA 2022 və NHL 2022-dən çıxarır
Sonrakı xəbərUill Smit “Oskar” olayından sonra ABŞ-ın Kino Akademiyasından istefa verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın