Oktyabrın 9-da Azərbaycanın NETTY2023 Milli İnternet Mükafatı başlayıb və sizi iştiraka dəvət edir.

YALAN.info bildirir ki, 2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, uyğulamalarını (tətbiqetmə), sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizələri Netty.az saytında qəbul olunur və 2023-cü il oktyabrın 9-dan noyabrın 30-dək davam edəcək. Dekabrın 1-dən dekabrın 7-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Dekabrın 8-də isə NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək. İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun, icra. Onu da bildirək ki, ərizələrin qeydiyyatı ödənişlidir. Oktyabrın 9-dən oktyabrın 13-dək ödəniş üçün güzəşt müddəti var.

2023-cü ildə NETTY aşağıdakı əsas kateqoriyalar üzrə vebsaytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək:

  • Dövlət və elektron hökumət
  • Sosi̇al məsuliyyət və cəmi̇yyət
  • Bi̇znes və sahi̇bkarliq
  • Mali̇yyə və bank işi
  • Elektron-ti̇carət və kommersi̇ya
  • Elm, təhsi̇l və innovasi̇ya
  • Səhi̇yyə, idman və turi̇zm
  • Məlumat və xəbərlər
  • Mədəni̇yyət və incəsənət

NETTY 2023-nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları toplantıya dəvətlidir. Toplantı zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Netty.az saytından müsabiqə haqqında geniş məlumat əldə edə bilərsiniz. Həmçinin bu saytdan iştirak üçün müraciət imkanınız var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın