Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb. Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar. Komanda hesabında 1-ci yerdə “Quru Qoşunları” komandası, 2-ci yerdə “Hərbi polis” komandası, 3-cü yerdə isə “Təlim və Tədris Mərkəzi” komandası qərarlaşıb.

Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb. Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir.

Yarışın keçirilməsində əsas diqqət şəxsi heyətin taktiki-xüsusi, xüsusi hazırlıq və kütləvi qırğın silahlarından qorunma, kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı cihazlardan, fərdi qorunma vasitələrindən istifadə etmə və sıra fəndlərinin yerinə yetirmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin hərbi qulluqçuların yüksək fiziki və mənəvi-psixoloji dözümlüyünün tərbiyə edilməsinə yönəldilib.

Dörd mərhələ üzrə keçiriləcək yarışın nəticələrinə əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” müəyyən ediləcək.

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır. Yarış aprelin 15-dək davam edəcək.

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın