Ukrayna Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Rusiya hərbi donanmasına məxsus “Moskva” kreyseri sıradan çıxarılıb. 

YALAN.info bildirir ki, son məlumata görə, göyərtəsində 510 ekipaj üzvü olan “Moskva” kreyserini güclü alov bürüyüb.

Məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç verib.

Öz növbəsində Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu təsdiq edib.

O, həmçinin əlavə edib ki, Zmeyinı adasında sözügedən kreyserdən ukraynalı hərbçilərə təslim olmaq barədə ultimatum verilmişdi.

Gəminin ekipaj üzvlərinin təxliyyə edildiyi bildirilir. Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var idi. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur.

Ukrayna ordusu “Moskva” kreyserini vurub – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın