“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Ancaq səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

YALAN.info bildirir ki, bunu GununSesi.info-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bilinəcək: “Saxlanılması ilə bağlı özünün iddiaları var. İndi bilinəcək ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir”.

Onu bildirək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Özünün iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Kamil Zeynallı video müraciət edərək dövlət qurumlarından yardım istəyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın