Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasnın qarşısını almaq üçün Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında qərar imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetindən məlumat verilib.

Qərara uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

MƏNBƏAzərbaycan Respublikası Nazirlər Kabineti
Öncəki xəbərMüdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan qəzetinə müsahibə verdi
Sonrakı xəbərKOBİA-nın ikinci qrant müsabiqəsinə 200 müraciət daxil olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın