“Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər yalan xəbərlər yayıb, ajiotaj yaratmağa çalışan 10 nəfər inzibati həbs edilib:

“Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq olunub”.

Öncəki xəbərAzərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması yalandır
Sonrakı xəbərDünyada koronavirusa yoluxanların sayı bir milyonu ötdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın