Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə toplam 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir.

Son sutka boyunca yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 10 257, ötən müddət ərzində isə toplam 4 060 235 test aparılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın