Yeni 2017-ci ilin ilk 2 həftəsi Azərbaycanda 19 nəfər özünü öldürüb, daha 6 nəfər isə intihara çalışsa da, onların həyatı xilas edilib. Bu məlumatı YALAN.info Online Xəbərlər və İnformasiya Saytı AzVision.az-nun yerli mətbuatla qaynaqlanan statistikasına əsasən verir.
İlk intihar olayı Hacıqabulda yeni il axşamı qeydə alınıb: Hadisə rayonun Nəvahi stansiyası adlanan yerindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb. 1979-cu il doğumlu yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış durumda aşkarlanıb.
Ümumiyyətlə, intihar daha çox bölgələrdə qeydə alınır.
Hacıqabulda 1966-cı il doğumlu Məmmədova Zöhrə Məmmədcəfər qızı, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu, Şəkidə 1996-ci doğumlu Əliyev Murad Eldar oğlu, Şəmkridə 1977-ci il doğumlu Maisə Musayeva, Qubada 1974-cü il doğumlu Eldarov Eldar Əliməmməd oğlu, Gəncədə 1955-ci il doğumlu Abdullayeva Validə Tofiq qızı, Biləsuvarda 1985-ci il doğumlu Elşən Möhübbət oğlu Nəciyev və Zaqatalada 1965-ci il doğumlu Eldar Həsən oğlu Ramazanov başqa-başqa yollarla özünü öldürüb.
Bakıda isə 14 günə 27 yaşlı Müslümov Natiq Tahir oğlu, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il doğumlu İradə Musayeva, 1980-ci il doğumlu Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il doğumlu Əsədov Vaqif Alı oğlu, Bakıda yaşayan Şakir Cavadov, 1969-cu il doğumlu Azər Əkbər oğlu Süleymanov canına qəsd edib.
Bundan başqa, Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində də məhbus özünü öldürüb.
Orada cəza çəkən 1984-cü il doğumlu Aslanov Mahir Nazir oğlu müəssisənin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.
2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib.
Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların yardımı ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il doğumlu Qasımzadə Sevər, 1972-ci il doğumlu Mikayılova Səbinə Eldar qızı və 1979-cu il doğumlu Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək intihara cəhd edib.
Eyni zamanda 1943-cü il doğumlu Məlikov Qəndalı Hüseyn oğlu özünü öldürmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Ancaq həkimlərin səyi nəticəsində hər üç şəxsin həyatı xilas edilib.