Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Gizir hazırlığı” kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Atışdan qabaq kursantların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Silahların taktiki-texniki özəllikləri, onlardan istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın başqa əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib. Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar tərəfindən uğurla yerinə yetirilib.

“Gizir hazırlığı” kursu davam edir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərUkraynada döyüşlərdə öldürülən rusiyalı generalların adları açıqlandı
Sonrakı xəbərAAYDA Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri ilə bağlı məlumat verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın