Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Trend bununla bağlı Dünya Bankına (DB) istinadən məlumat verir.

DB ekspertlərinin düşüncəsinə görə, Azərbaycanda dörd sahədə bizneslə məşğul olmaq daha da asanlaşıb: daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı:

“Daşınmaz əmlakın qeydiyyatı prosesi rəsmi xəritənin tərtib olunması və Bakıda hər bir özəl torpaq sahəsinin qeydiyyatı, mövcud sənədləşmənin təkmilləşməsi və daşınmaz əmlak sahəsində prosedurların sürətləndirilməsi nəticəsində sürətlənib.

Minoritar investorların müdafiəsi tərəflər arasında bağlanmış əlverişsiz sazişlərə görə məsuliyyətin direktorların üzərinə qoyulmasından sonra güclənib”.

Analitiklər düşünür ki, indi kommersiya mübahisələri yarandıqda tərəflər məhkəməyə müraciəti onlayn doldura bilir və vasitəçilik fəaliyyətinin yerinə yetirilməsinə görə maliyyə stimulları ala bilir.

Öncəki xəbərElmar Məmmədyarov Beynəlxalq Qurumlara Çağırış Etdi
Sonrakı xəbər“Miss & Mr. National Azerbaijan 2019” Gözəllik Yarışmasında Azərbaycan Gözəli Seçildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın