“Avropa Birliyi Rusiyadan qaz və neft tədarükündən asılılığından qurtulub”.

YALAN.info bildirir ki, bu sözləri bazar günü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

“Avropa Birliyinin Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb. Rusiya səkkiz ayda Avropaya qaz ixracını 80 % azaldıb. Biz birlikdə böyük zəhmət hesabına bunu kompensasiya edə bildik. Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlar bizə kömək etdilər. Onlar mayeləşdirilmiş və borularla təchizatda bizə dəstək oldular”, – fon der Lyayen bildirib.

AK rəhbərinin sözlərinə görə, Moskva birlik ölkələrinə enerji tədarükünü azaltmaqla AB-nin birliyini pozmağa çalışıb.

Öncəki xəbərNetanyahu: İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək hüququ var
Sonrakı xəbərSalah “Liverpul”un tarixinə düşdü: “Mançester Yunayted” 7-0 uduzdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın