Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 28 oktyabr tarixinədək Qarabağda erməni işğalından azad edilmiş 5 917 ha ərazini minalardan təmizləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti toplantısında məlumat verilib.

ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən humanitar minatəmizləmə çalışmalarının gedişatı (2020-ci il 10 noyabr tarixindən 28 oktyabr tarixinədək 5 917 ha ərazi təmizlənmiş, 26 931 ədəd mina və PHS aşkar edilmiş, carı ilin oktyabr ayı ərzində isə 381.13 ha ərazi təmizlənmiş, 1 846 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) ilə bağlı məlumat təqdim edilib.

Azərenerji ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib və iki layihə üzrə ümumi sahəsi 1 020 ha təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin, FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı təqdim olunmuş məlumata görə Ağdam və Füzuli rayonları istiqamətində bu ilin 28 oktyabr tarixinədək toplam 1 161 632 kv.m ərazi təmizlənmiş və 3490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilmişdir. Ərazilərin minalardan təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı təqdim olunmuş məlumata görə oktyabr ayı ərzində 25 ha ərazi təmizlənmiş, 40 ədəd mina və partlamamış hərbi sursat (noyabr 2020-ci ildən 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənmiş, 3058 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın