Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə dövründə TASS obyektiv idi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Baku TV-yə müsahibəsində bəyan edib.

“Bizim əsas vəzifəmiz informasiya müharibəsi dövründə son dərəcə obyektiv olmaq, müharibə və həmin günlərdə baş verənlər barədə danışmaq idi. Düşünürəm ki, TASS İnformasiya agentliyi bunu tam yerinə yetirdi. Biz həm siyasi, həm hərbi şəraitdə baş verənləri tam əhatə etməyə çalışdıq”, – deyə o, bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Rusiyanın bir sıra KİV nümayəndələri barədə bunu demək olmazdı, lakin Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin yanaşması informasiya müharibəsində baş verənlərin gedişatını tamamilə dəyişdi.

“O, demək olar ki, hər gün dünyanın ən müxtəlif regionlarından olan çoxlu sayda KİV-ə arqumentlərlə, sübutlarla müsahibələr verirdi. Bütün bunlar Rusiya auditoriyasına çox güclü təsir etdi”, – deyə Qusman vurğulayıb.

Söhbət zamanı o, Azərbaycanın öz ərazilərini işğaldan azad edilməsi, müharibə dövründə baş verənlərdən, tarixi zəfərimizdən və görülən quruluculuq işlərindən də danışıb.

Гусман : 44 дня войны ТАСС был объективен | Baku TV | RU |

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın