Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) xarici ölkələri təmsil edən dörd qurumla Anlaşma Memorandumları imzalayıb.

YALAN.info bildirir ki, sənədləri Türkiyənin İHH (İnsan Haqq və Hürriyətlər) İnsani Yardım Vəqfi və İnsani Mina Fəaliyyətləri Dərnəyi (IMFAD), Sloveniyanın “International Trust Fund Enhansing Human Security” (Beynəlxalq Etimad Fondu İnsan Təhlükəsizliyi Təkmilləşdirilməsi), Rusiyanın “Enerqotransproyekt” (Enerji və Nəqliyyat Elmi-Tədqiqat və Layihə İnstitutu) MMC imzalayıb.

Sənədlərin imzalanması mərasimi Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans çərçivəsində keçirilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva: “Azərbaycanın yanında olmağa davam edəcəyik”

“BMT-nin hesabatına görə, son ildə yeddi minə yaxın insan mina partlayışlarından həlak olub və ya yaralanıb. Azərbaycanda isə son bir il yarımda 100-dən çox belə hal qeydə alınıb”.

APA xəbər verir ki, bununla bağlı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib:

“Şəxslərin fərdi təhlükəsizliyi, icmaların təhlükəsizliyi üçün minalardan təmizlənmə önəmlidir. Hamımız evə qayıtmaq istəyirik, ancaq ətraf minalardan təmizlənməyibsə, insan özünü evində hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik”.

Vladanka Andreyeva minatəmizləmə işləri ilə məşğul olan şəxslərin təchizatının da önəmli olduğunu diqqətə çatdırıb: “Bizim Azərbaycanla sıx əməkdaşlığımız var. Əsas məsələlərdən biri minaların təmizlənməsinin digər sahələrə inteqrasiyasıdır. Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ANAMA ilə əməkdaşlığın nəticələrini də açıqlayıb: “ANAMA ilə əməkdaşlığımız özəldir. Donorların maliyyələşdirməsi nəticəsində 33 min hektar minalardan təmizlənib. İllər ərzində 160 minə yaxın insan doğma yurd-yuvasına qayıdıb. Biz 100 minlərlə insana təlimlər keçmişik, onlardan 33 minə yaxını uşaqdır. Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində təhlükəsiz yaşasın”.

APA-nın xəbərinə görə, “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kun Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxış edib: “Mən ən dəhşətli minaları Azərbaycanda görmüşəm, bu minaları kimin qoyması barədə danışmaq istəmirəm. Bu minaları nəinki Azərbaycandan, hər yerdən təmizləməliyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın