“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək”.

YALAN.info bildirir ki, “Bild”in verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə deyib.

“Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, – Almaniya lideri vurğulayıb.

“Biz Ukraynaya verə biləcəyimiz bütün dəstəyi veririk və eyni zamanda məsuliyyəti öz üzərimizə götürürük… Putin Ukraynaya qarşı bu cinayətkar təcavüzkar müharibədə qalib gəlməməlidir – və o, bu müharibədə qalib olmayacaq. Putin burada istədiyini edə bilsə, o zaman bu beynəlxalq özbaşınalığa böyük riskidir. Təkcə bu səbəbdən Rusiya Ukraynanı ələ keçirməməlidir”, – Şolts vurğulayıb.

Yada salaq ki, Şolz bundan öncə Rusiyanın Ukraynada öz məqsədlərinə çatmadığını, bununla belə, qonşu ölkəni daha da məhv etməyə hazır olduğunu nümayiş etdirdiyini, ona görə də müharibənin tez bitməsinə ümid etməyə ehtiyac olmadığını bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın