Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistan Respublikasına qarşı ticarət sanksiyası və hərbi embarqo tətbiqi ilə bağlı petisiya açılıb.

Petisiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi bütövlüyümüzə təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı vurğulanıb.

İşğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi petisiyanın mətnində yer alıb.

Vurğulanıb ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur.

Petisiyanı dəstəkləmək üçün aşağıdakı keçəddə sağ sütunda ad (First name), soyad (Last name) və elektron ünvanı (Email Address) damalarını doldurmaq və “Sign Now” düyməsini basmaqla petisiyanı imzalamaq olar.

Bundan sonra sizin elektron ünvana məktub göndəriləcək. Göndərilmiş doğrulama keçidini açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

Öncəki xəbərİbrahim Kalın: Cənubi Qafqaza barış ancaq Qarabağ işğaldan qurtulduqdan sonra gələcək
Sonrakı xəbərAvropa Birliyi Gürcüstanı güvənli ölkələr siyahısından çıxardı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın