ABŞ Saloniki limanına çatdırılan 130 ədəd M1117 zirehli transportyoru təmənnasız Yunanıstana verib.
YALAN.info bildirir ki, bu məlumatı Amerika Birləşmiş Ştatlarının Yunanıstandakı səfiri Cefri Payett Twitter səhifəsində paylaşıb.
Səfir bildirib ki, ABŞ 2022-ci ilin sonuna kimi Yunanıstana toplamda 1 200 ədəd zirehli transportyoru pulsuz verəcək: “ABŞ-Yunanıstan müdafiə tərəfdaşlığı həmişəkindən daha güclüdür”.
Çəkisi 15 ton olan avtomobil ekipajı yüngül atıcı silahlardan və əldəqayırma partlayıcı qurğulardan qoruyur. Trotil ekvivalentində 5,4 kq mina partlayışına tab gətirən transportyor canlı qüvvəni 12,7 mm-lik zirehli güllələrdən qoruyur.
ABŞ hərbi polisi üçün “Cadillac Gage” tərəfindən istehsal edilən tam ötürücülü zirehli avtomobil 1999-cu ildə ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilib.