Adolf Hitlerin də yəhudi qanı var idi. Ən qızğın antisemitlər adətən yəhudi millətindən olur.

YALAN.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Ukraynada “nasifikasiya”nın olması ilə bağlı fikir bildirmişdi. Onun sözlərinə görə, əsir götürülən Ukraynanın “Azov” və “Aydar” hərbi batalyonları, eləcə də başqa birləşmələrin hərbçilərinin “svastika, nasist batalyonlarının simvolu və döymələri” var.

“O (Prezident Vladimir Zelenski – Red.) bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, ancaq Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır”, – deyə Lavrov bildirib.

Lavrovun Hitlerin “yəhudi qanı” ilə bağlı qalmaqallı açıqlaması və Kremlin bu cür bəyanatları İsraili hiddətləndirib. İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “bağışlanmayan, hədsiz və kobud tarixi səhv” adlandırıb.

Rusiya səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına aydınlıq gətirilməsi üçün İsrail Xarici İşlər Nazirliyinə çağrılıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun təhqiramiz ifadələrindən sonra Rusiyanın İsraildəki səfiri Avrasiya departamentinin baş direktorunun müavini ilə izahat xarakterli söhbət üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın