Amerika Birləşmiş Ştatları Ukraynadakı durumu “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir.

YALAN.info bildirir ki, bunu mayın 2-də Pentaqon (ABŞ Müdafiə Nazirliyi) rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander (Celeste Wallander) bəyan edib.

“Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, – deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda çıxış edərkən bildirib.

Uollanderin fikrincə, Qərbin sanksiyaları zaman keçdikcə bütövlükdə Rusiya iqtisadiyyatına, özəlliklə də onun müdafiə sənayesinə daha güclü zərbə vuracaq. “Qərb Rusiya hakimiyyətini öz xalqı və dünya ictimaiyyəti qarşısında məsuliyyətə cəlb etməyə çalışacaq”, – deyə Pentaqon rəsmisi əlavə edib.

MƏNBƏKomsomolskaya pravda
Öncəki xəbərSergey Lavrov: Zelenski Hitlerə bənzəyir, onun da yəhudi qanı var
Sonrakı xəbərSabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın